Şabranda narkotikdən istifadə edən sürücülər saxlanılıblar | 1news.az | Xəbərlər
Cəmiyyət

Şabranda narkotikdən istifadə edən sürücülər saxlanılıblar

Qafar Ağayev10:57 - 22 / 12 / 2021
Şabranda narkotikdən istifadə edən sürücülər saxlanılıblar

Şabran RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrdən istifadə edərək avtomobil idarə edən şəxslər saxlanılıblar.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Bildirilib ki, rayon sakinləri Təbriz Cavadov və Fəqan Səfərəliyevin idarə etdiyi avtomobillər rayon ərazisində nəzarət-yoxlama qaydasında saxlanılıb. Polis əməkdaşları tərəfindən həmin sürücülərin narkotik vasitənin təsiri altında olmalarına əsaslı şübhələr yaranıb. Həmin şəxslər RPŞ-ə gətirilərək həkim müayinəsindən keçiriliblər. Hər iki şəxsin narkotik vasitələrin təsiri altında olmaları müəyyən edilib.
Faktlarla bağlı RPŞ-də araşdırmalar aparılır

Paylaş:
310

Son xəbərlər

Bütün xəbərlər