Macarıstanda təqaüdlü təhsil almaq istəyənlərin NƏZƏRİNƏ | 1news.az | Xəbərlər
Cəmiyyət

Macarıstanda təqaüdlü təhsil almaq istəyənlərin NƏZƏRİNƏ

Qafar Ağayev14:36 - 23 / 12 / 2021
Macarıstanda təqaüdlü təhsil almaq istəyənlərin NƏZƏRİNƏ

Təhsil Nazirliyi ilə Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi arasında yanvarın 6-da imzalanmış 2021-2023-cü illər üçün “Stipendium Hungaricum” proqramı çərçivəsində Macarıstanda 2022-2023-cü tədris ili üçün təqaüd proqramına sənəd qəbulu davam edir.

Bu barədə 1news.az-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, Macarıstan tərəfindən 200 nəfər Azərbaycan vətəndaşı üçün çərçivə əsasında təqaüd ayrılacağı nəzərdə tutulub. Təqaüd proqramı kənd təsərrüfatı, su idarəetməsi, təbiət elmləri, davamlı inkişaf, turizm, səhiyyə elmləri, beynəlxalq münasibətlər, mühəndislik, informasiya texnologiyaları, texnologiyalar, iqtisadiyyat, biznes və idarəetmə elmlərini əhatə edir. Eyni zamanda, istənilən maraq dairəsi üzrə doktorantura təhsili üçün 25 təqaüd yeri ayrılıb.

Sənəd qəbulu 2022-ci il yanvarın 15-i saat 23:59-a kimi aparılacaq. Tələbələrin təqaüd proqramına qəbulu ilə bağlı Macarıstan tərəfinin yekun qərarının 2022-ci ilin iyun-iyul ayları ərzində təqdim olunması gözlənilir.

Proqram çərçivəsində əlavə məlumatlar Təhsil Nazirliyinin saytında yerləşdirilib.

Paylaş:
305

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər