Bakıya ilk qar yağdı – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıya ilk qar yağdı – FOTO

09:40 - 23 / 12 / 2021
Bakıya ilk qar yağdı – FOTO

Bu gün gecə saatlarından başlayaraq Bakıya sulu qar yağmağa başlayıb.

1news.az xəbər verir ki, paytaxtın əksər hissələrində yağan qar demək olar ki, hiss olunmasa da, bəzi ərazilər ağ örpəyə bürünüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın temperaturu ötən günlərlə müqayisədə 8-10° aşağı enib.

Hava şəraitinin Bakıda və Abşeron yarımadasında qısamüddətli fasilədən sonra dekabrın 25-dək arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qara, nisbətən yüksək ərazilərdə qara keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var.

Şimal-qərb küləyinin dekabrın 23-də arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir.

Paytaxtdan fərli olaraq əksər rayonlara, xüsusən də dağlıq ərazilərə daha çox qar yağıb. Dağlıq və dağətəyi rayonlarda bəzi yollar buz bağlayıb.

1news.az

Paylaş:
444

Son xəbərlər

Bütün xəbərlər