Kürdəmir və Sabirabad rayonlarında aktiv koronavirus xəstələri ictimai yerlərdə aşkarlanıblar - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Kürdəmir və Sabirabad rayonlarında aktiv koronavirus xəstələri ictimai yerlərdə aşkarlanıblar - FOTO

Qafar Ağayev09:46 - 24 / 12 / 2021
Kürdəmir və Sabirabad rayonlarında aktiv koronavirus xəstələri ictimai yerlərdə aşkarlanıblar - FOTO

Kürdəmir və Sabirabad rayonlarında aktiv koronavirus xəstələri ictimai yerlərdə aşkarlanıblar.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan 1news.az-a verilən məlumata görə, Kürdəmir rayonu Atakişili kənd sakini Xəyal Abbasova koronavirus testinin nəticəsi pozitiv olduğu üçün ev şəraitində müalicə təyin edilsə də o, sanitar-karantin qaydalarını pozaraq yaşadığı ünvanı tərk edib.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə X.Abbasov rayonun Şımıxlı kəndi ərazisində yerləşən əlvan metalların qəbulu məntəqəsində aşkarlanıb, onunla izahedici söhbətlər aparılıb və tibbi prosedurlar gözlənilməklə yaşadığı evə qaytarılıb.

Sabirabad rayonunda da eyni qayda pozuntusu aşkarlanıb. Belə ki, aktiv koronavirus xəstəsi olan rayonun Türkədi kənd sakini Şaiq Rüstəmov qaydaları pozaraq yaşadığı ünvanı tərk edib. Onun yeri şöbə əməkdaşları tərəfindən müəyyən edilib və yaşadığı evə geri qaytarılıb.

Faktlarla əlaqədar araşdırmalar aparılır.

Paylaş:
350

Son xəbərlər

Bütün xəbərlər