"Şahdağ”da COVİD pasportları üçün vahid yoxlama məntəqəsi yaradılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

"Şahdağ”da COVİD pasportları üçün vahid yoxlama məntəqəsi yaradılıb

Qafar Ağayev17:46 - 27 / 12 / 2021
"Şahdağ”da COVİD pasportları üçün vahid yoxlama məntəqəsi yaradılıb

“Şahdağ” Turizm Mərkəzinə gələn qonaqların COVID-19 pasportlarının yoxlanılması məqsədilə vahid yoxlama məntəqəsi yaradılıb.

Bu barədə 1news.az-a Dövlət Turizm Agentliyindən məlumat verilib.

“Şahdağ” Turizm Mərkəzinin girişində yerləşən vahid yoxlama məntəqəsinin formalaşdırılmasında əsas məqsəd qonaqların yoxlamadan yalnız 1 dəfə keçərək kompleksdə yerləşən hotel və restoranlara rahat və maneəsiz girişini təmin etməkdir.

Turizm mərkəzinin girişində yaşı 18-dən yuxarı olan şəxslərin COVID-19 pasportu yoxlanılır, peyvənd pasportuna malik olmayan qonaqlardan COVID-19-a qarşı immunitet və ya əks göstəriş sertifikatı tələb olunur.

Qeyd edək ki, əcnəbi vətəndaşlar xaricdə onlara verilmiş COVID pasportlarından istifadə edə bilərlər.

Paylaş:
1129

Son xəbərlər

Bütün xəbərlər