Mingəçevir şəhərinə içməli suyun verilməsində fasilə olacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Mingəçevir şəhərinə içməli suyun verilməsində fasilə olacaq

17:53 - 27 / 12 / 2021
Mingəçevir şəhərinə içməli suyun verilməsində fasilə olacaq

Təsdiqlənmiş plana və təlimata uyğun olaraq Mingəçevir şəhərindəki 10 min kubmetr tutumu olan mərkəzi su anbarında yuyulma və dezinfeksiya işləri aparılacaq.

“Azərsu” ASC-dən bildiriblər ki, bununla əlaqədar 28 dekabr 2021-ci il tarixində gün ərzində Mingəçevir şəhərinə içməli suyun verilməsində fasilə olacaq.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

1news.az

Paylaş:
267

Son xəbərlər

Bütün xəbərlər