2021-ci ilin kadr islahatları – kimlər gəldi, kimlər getdi... | 1news.az | Xəbərlər
Cəmiyyət

2021-ci ilin kadr islahatları – kimlər gəldi, kimlər getdi...

Qafar Ağayev13:00 - 29 / 12 / 2021
2021-ci ilin kadr islahatları – kimlər gəldi, kimlər getdi...

Hər il olduğu kimi 2021-ci ildə də Prezident İlham Əliyevin rəhbərliyi ilə kadr islahatları davam edib.

Həyata keçirilən kadr islahatlarının məqsədi vətəndaşlara daha da yaxşı xidmət göstərməkdir.

1news.az 2021-ci ildə həyata keçirilən keçirilən islahat çərçivəsində təyin olunan və vəzifəsindən azad edilən şəxsləri xronoloji ardıcıllıqla təqdim edir:

Yanvar

Dövlət başçısının 2021-ci ildə ilk kadr təyinatı Mədəniyyət Nazirliyi ilə bağlı oldu. Belə ki, Dövlət başçsının sərəncamı ilə 5 yanvar 2021-ci ildə Anar Qabil oğlu Kərimov Azərbaycan Respublikasının Mədəniyyət naziri təyin edildi.

Yanvarın 8-də Həsən Əziz oğlu Həsənov Azərbaycan Respublikasının Polşa Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən, Nərgiz Akif qızı Qurbanova Bolqarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırıldı. Elə həmin gün, Nərgiz Qurbanova Azərbaycanın Polşada fövqəladə və səlahiyyətli səfiri təyin olundu.

Dövlət başçısının daha bir sərəncamı ilə 10 yanvar 2021-ci ildə Vidadi Aydın oğlu Muradov “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri vəzifəsindən azad edildi. Daha sonra isə dövlət büdcəsini mənimsəməkdə ittiham olunan Vidadi Muradov həbs edildi.

12 yanvarda isə Əhməd Məhəmməd oğlu İsmayılov Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru təyin olundu.

Yanvarın 26-sı isə, bir neçə təyinat gerçəkləşib. Belə ki, Ramin Namiq oğlu Quluzadə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri vəzifəsindən azad edilib, onun yerinə dövlət başçısının “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad etdiyi Rəşad Nəbi oğlu Nəbiyev təyin edildi.

Dövlət başçısının digər sərəncamı ilə Oqtay Qəşəm oğlu Şahbazov Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri vəzifəsindən azad edildi, həmin vəzifə Ramin Quluzadəyə tapşırıldı.

27 yanvar 2021-ci ildə Aydın Zöhrab oğlu Kərimov Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin edildi.

Fevral

Fevralın 2-də Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər baş idarəsinə rəisi təyin olundu. Bu vəzifəyə Natiq Sahib oğlu Qarayev gətirildi.

3 fevralda Timuçin İlyas oğlu Əfəndiyev Bakı Xoreoqrafiya Akademiyasının rektoru vəzifəsindən azad edildi.

Dövlət başçısının Sərəncamı ilə Vüqar Əhəd oğlu Süleymanov fevralın 4-də Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri təyin olundu.

Prezident İlham Əliyevin 4 fevral 2021-ci ildə imzaladığı sərəncamla Rəhman Tofiq oğlu Hacıyev Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri təyin edildi.

12 fevralda Rasim Şəmsəddin oğlu Rzayev Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığında, Murad Nizami oğlu Nəcəfbəyli isə Estoniya Respublikasında fövqəladə və səlahiyyətli səfir vəzifəsindən geri çağıldı.

Azad Məhyəddin oğlu Cəfərli isə 22 fevralda Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi təyin edilib.

Mart

Dövlət başçısının başqa bir Sərəncamı ilə 18 mart 2021-ci ildə Emin Səlhab oğlu Məmmədov “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri təyin edildi.

Aprel

Prezident 2 aprel 2021-ci ildə Əhməd Cuma oğlu Əhmədzadəni Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad etdi. Bu vəzifəyə təyinat isə 3 gün sonra – aprelin 5-də reallaşdı. Belə ki, Zaur Rauf oğlu Mikayılov Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edildi.

19 aprel Anar Abel oğlu Məhərrəmov Azərbaycan Respublikasının İspaniya Krallığında və Andorra Knyazlığında fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Ümumdünya Turizm Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.

Onun yerinə - İspaniya Krallığında fövqəladə və səlahiyyətli səfir vəzifəsinə, xarici işlər nazirinin müavini vəzifəsindən azad edilən Ramiz Ayvaz oğlu Həsənov təyin olundu.

Aprelin 19-da daha 3 ölkəyə səfir təyinatı oldu. Belə ki, Hüseyn Cəlal oğlu Hüseynov Azərbaycanın Bolqarıstanda, Eldar Nadir oğlu Səlimov İordaniya Haşimilər Krallığında, Zaur Rəşid oğlu Əhmədov isə İsveç Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edildi.

23 apreldə isə dövlət başçısı Oqtay Şirəliyevi səhiyyə naziri vəzifəsindən azad etdi.

Daha sonra isə, İlham Əliyevin Sərəncamı ilə Teymur Yusif oğlu Musayev Azərbaycan Respublikası səhiyyə nazirinin birinci müavini təyin edildi. Teymur Musayev indiyədək səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edir.

Eyni gündə Natiq Səhrab oğlu İbrahimov Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsinə gətirildi.

24 apreldə Xanım Məmməd qızı İbrahimova Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında və Lixtenşteyn Knyazlığında fövqəladə və səlahiyyətli səfiri vəzifələrindən geri çağırıldı.

Alimpaşa Adil oğlu Məmmədov 27 apreldə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi. Alimpaşa Məmmədov hazırda həbsdədir.

29 apreldə Rövşən Elmidar oğlu Bağırov Lerik Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Ağsu İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edildi.

Mübariz Ağali oğlu Əsgərov 29 apreldə 6 il müddətinə Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının üzvü təyin olundu.

May

Prezident mayın 4-də Qorxmaz Cavanşir oğlu Hüseynovu “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad etdi.

6 may tarixində Orxan Faiq oğlu Nəzərli Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini vəzifəsindən azad edilərək İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi təyin olunub.

Həmin gün dövlət başçısının başqa sərəncamı ilə Mətin Balasən oğlu Eynullayev İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini vəzifəsindən azad edilərək, Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi təyin olundu.

İyun

İyunun 22-də Nurlana Müzəffər qızı Əliyeva Bakı Slavyan Universitetinin rektoru vəzifəsindən çıxarılıb.

İyul

16 iyulda Məftun Qurban oğlu Abbasov Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edildi.

Həmin gün dövlət başçsı səfirlərlə bağlı da sərəncam imzaladı. Belə ki, Əli Fikrət oğlu Əlizadə Azərbaycan Respublikasının Pakistan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırıldı, onun yerinə Xəzər Nadir oğlu Fərhadov təyin olundu.

Azərbaycan Respublikasının Tacikistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılan Həsən Dilsuz oğlu Məmmədzadəni isə Əlimirzamin Qəvvam oğlu Əskərov əvəzlədi.

Lətif Seyfəddin oğlu Qəndilov Azərbaycanın Belarusda fövqəladə və səlahiyyətli səfiri və eyni zamanda Azərbaycanın Müstəqil Dövlətlər Birliyinin nizamnamə və digər orqanları yanında daimi səlahiyyətli nümayəndəsi vəzifələrindən geri çağırıldı, onu Ülvi Vaqif oğlu Baxşəliyev əvəzlədi.

Azərbaycanın Qazaxıstanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılan Rəşad Eynəddin oğlu Məmmədovu isə, Ağalar Rahim oğlu Atamoğlanov əvəz etdi.

İyulun 19-da Prezident Dövlət Neft Şirkətində (ARDNŞ) kadr islahatları ilə bağlı sərəncamlar imzaladı. Belə ki, David Niyazi oğlu Məmmədov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin emal üzrə vitse-prezidenti vəzifəsindən, Tofiq Ridvan oğlu Qəhrəmanov strateji inkişaf üzrə vitse-prezidenti vəzifəsindən, Bəhram Bəhlul oğlu Hüseynov qurumun geologiya və geofizika məsələləri üzrə vitse-prezidenti vəzifəsindən, Mikayıl İsmayıl oğlu İsmayılov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti vəzifəsindən azad edildi.

İyulun 23-də Azərbaycanın bir neçə ölkədəki səfirlikləri bağlı sərəncam imzalandı. Bu sərəncamlarla da, Qalib Malik oğlu İsrafilov Azərbaycanın Avstriya , Sloveniya və Slovakiya fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən, BMT-nin Vyana şəhərindəki bölməsində, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, BMT-nin Sənaye İnkişafı Təşkilatı, Nüvə Enerjisi üzrə Beynəlxalq Agentliyi və Nüvə Sınaqlarının Tamamilə Qadağan Olunması üzrə Müqavilə Təşkilatı yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırıldı. Onun yerinə, Sloveniya və Slovakiya fövqəladə və səlahiyyətli səfir vəzifəsi istisna olmaqla Rövşən Nüsrət oğlu Sadıqbəyli Azərbaycan Respublikasının Avstriya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edildi.

Kamil Tacid oğlu Xasiyev Azərbaycanın Serbiyada fövqəladə və səlahiyyətli səfiri təyin edildi.

Qaley Əliyeviç Allahverdiyev Azərbaycanın Malayziyada, Myanma İttifaqı Respublikasında, Tailand Krallığında və Bruney Darüssalamda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırıldı. İrfan Şakir oğlu Davudov Malayziyada fövqəladə və səlahiyyətli səfir təyin edildi

Macarıstanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılan Vilayət Muxtar oğlu Quliyevi isə, Tahir Tofiq oğlu Tağızadə əvəz etdi.

Bundan başqa, Tahir Tofiq oğlu Tağızadə Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında, İrlandiya Respublikasında, İslandiya Respublikasında və Danimarka Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırıldı.

Dövlət başçısı eyni gündə Müdafiə Nazirliyində də kadr islahatları ilə bağlı sərəncam imzaladı. Belə ki, General-leytenant(hazırda general-polkovnik) Vəliyev Kərim Tofiq oğlu Azərbaycan Respublikası müdafiə nazirinin müavini – Şəxsi Heyət Baş İdarəsinin rəisi vəzifəsindən azad edilərək, Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi təyin edildi.

General-leytenant Ayaz Binyat oğlu Həsənov Azərbaycan Ordusunun Baş Qərargah rəisinin müavini – Əməliyyat Baş İdarəsinin rəisi vəzifəsindən azad olundu.

İyulun 26-da səfirlərin təyinatı ilə yadda qaldı.

Elin Emin oğlu Süleymanov Azərbaycanın Amerika Birləşmiş Ştatlarında fövqəladə və səlahiyyətli səfiri və Azərbaycanın Amerika Dövlətləri Təşkilatı yanında daimi müşahidəçisi vəzifələrindən geri çağırıldı, başqa bir sərəncamla, o, Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edildi.

Eyni gün Azərbaycanın Türkiyədə fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılan Xəzər Zafir oğlu İbrahim Azərbaycanın Amerika Birləşmiş Ştatlarında fövqəladə və səlahiyyətli səfiri təyin olundu. Onun yerinə - Türkiyədə fövqəladə və səlahiyyətli səfir vəzifəsinə Rəşad Eynəddin oğlu Məmmədov təyin olundu.

Cavanşir Əşrəf oğlu Axundov Latviya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırıldı. Onun yerinə, Elnur İxtiyar oğlu Sultanov təyin edildi.

Fuad Eldar oğlu İsgəndərov Azərbaycanın Belçika Krallığında, Lüksemburq Böyük Hersoqluğunda fövqəladə və səlahiyyətli səfiri və eyni zamanda Azərbaycan Respublikasının Avropa İttifaqı yanında Nümayəndəliyinin başçısı vəzifələrindən çağırılaraq İsveçrə Konfederasiyasında, Vaqif İsmayıl oğlu Sadıqov BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılaraq Belçika Krallığında, Anar Abel oğlu Məhərrəmov Estoniya Respublikasında səfir, Qalib Malik oğlu İsrafilov BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi təyin edildi.

28 iyulda Azərbaycanın Əfqanıstan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılan Həsən Sultan oğlu Zeynalovu isə İlham Nəriman oğlu Məmmədov əvəz etdi.

Avqust

7 avqustda Bünyad Səməd oğlu Hüseynov Azərbaycan Respublikasının İran İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri və eyni zamanda Azərbaycan Respublikasının İqtisadi Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırıldı, onu bu vəzifələrdə Əli Fikrət oğlu Əlizadə əvəz etdi.

Dövlət başçısnın 11 avqustda imzaladığı sərəncamlarla Zaur Aydın oğlu Qurbanovu Kənan Təhməz oğlu Nəcəfov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidentləri təyin etdi.

Sentyabr

Azad Rəhimovun vəfatından sonra nazirsiz qalan Gənclər və İdman Nazirliyinə 7 sentyabr tarixində Fərid Fazil oğlu Qayıbov Azərbaycan Respublikasının gənclər və idman naziri olundu.

14 sentyabrda İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini vəzifəsindən azad edilən Rafiq Əsgər oğlu Cəlilov Cəlilabad Rayon İcra Hakimiyyətinə başçı təyin edilib.

Elə həmin gün Rəşad Ənvər oğlu Tağıyev Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı təyin olundu.

15 sentyabrda dövlət başçısı Azərbaycanın Belçika Krallığında fövqəladə və səlahiyyətli səfiri Vaqif İsmayıl oğlu Sadıqov eyni zamanda Azərbaycan Respublikasının Avropa İttifaqı yanında Nümayəndəliyinin başçısı təyin edilməsi ilə bağlı sərəncam imzaladı.

Sentyabrın 30-u Ağabəy Məmməd oğlu Əsgərov “Azərbaycan” nəşriyyatının baş direktoru vəzifəsindən azad edildi.

Oktyabr

Oktyabrın 5-də İbrahim Ənvər oğlu Mustafayev Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi.

6 oktyabrda Hidayət Xuduş oğlu Orucov Azərbaycan Respublikasının Qırğız Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırıldı, onun yerinə Lətif Seyfəddin oğlu Qəndilov təyin olundu.

Prezident 6 oktyabrda Mahirə İsmayıl qızı Adnayeva Naxçıvan Muxtar Respublikası Sədərək Rayon İcra Hakimiyyətinin başçısı təyin edililməsi bağlı da sərəncam imzaldı.

Noyabr

Prezident İlham Əliyevin 29 noyabr 2021-ci il tarixli Sərəncamları ilə İntiqam Vaqif oğlu Babayevİsmayıl Sultan oğlu İsmayılov Gənclər və idman nazirinin müavini vəzifəsindən azad ediliblər.

Onların yerinə isə İndira Niyazi qızı Hacıyeva Mariana Toteva Vasileva təyinat alıblar.

Noyabrın 29-da İlqar Fazil oğlu İskəndərov Rusiya Federasiyasının Yekaterinburq şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırıldı.

Dekabr

Dekabrın 1-də Prezidentin imzaladığı sərəncamla Ağdam şəhəri daxil olmaqla Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi vəzifəsi ləğv olunub.

Eyni gündə Dövlət başçısı bu gün həmçinin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla Emin Zamin oğlu Hüseynov Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.

Dekabr 7-də Fərhad Əsgər oğlu Adıgözəlov Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkətinin sədri təyin olundu.

23 dekabr Prezidentin imzaladığı sərəncamla Məmməd Aslan oğlu Abbasbəyli Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi təyin edildi.

Paylaş:
1642

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər