Ermənistanın təxribatlarının qarşısını alan hərbçilər təltif edilib
“Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Azərbaycan Ordusunun Vətən müharibəsində, həmçinin 2021-ci il noyabrın 16-da Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları ərazisində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatlarında iştirak etmiş və fərqlənmiş bir qrup hərbi qulluqçusu 154.000-dən artıq müxtəlif orden və medallarla təltif olunub”.
1news.az xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov brifinqdə deyib
“Cari ilin may ayından başlayaraq 92.000 sayda orden və medal aidiyyəti üzrə təqdim olunub. Hazırda digər orden və medalların yoxlanılması və aidiyyəti üzrə bölüşdürülməsi prosesi həyata keçirilir”.
434