Bu gün 32 min dozadan çox vaksin vurulub – STATİSTİKA | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu gün 32 min dozadan çox vaksin vurulub – STATİSTİKA

S.Xankişiyeva16:40 - 30 / 12 / 2021
Bu gün 32 min dozadan çox vaksin vurulub – STATİSTİKA

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vurulan peyvəndlərin sayı açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, bir gündə 32 103 vaksin vurulub.

Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 794, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 591, buster doza üzrə vaksinasiya olunanların sayı isə 25 718 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 318 107, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 166 741, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 673 411, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 477 955 təşkil edir.

Paylaş:
662

Son xəbərlər

Bütün xəbərlər