Azad edilən ərazilərdə şəxsi heyətin maddi-texniki təminatı yoxlanılıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azad edilən ərazilərdə şəxsi heyətin maddi-texniki təminatı yoxlanılıb - FOTO

Qafar Ağayev16:55 - 30 / 12 / 2021
Azad edilən ərazilərdə şəxsi heyətin maddi-texniki təminatı yoxlanılıb - FOTO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən Maddi-Texniki Təminat Qərargahının rəisi vəzifəsini icra edən general-mayor Qədir Nəsibov işğaldan azad olunan ərazilərdə olub.

Müdafiə Nazirliyindən 1news.az-ın verilən məlumata görə, şəxsi heyətin sosial-məişət şəraiti, maddi-texniki təminatı, mənəvi-psixoloji vəziyyəti ilə maraqlanan general-mayor Q.Nəsibov burada aparılan təmir-tikinti işləri ilə bağlı müvafiq tapşırıqlar verib.

Sonra azad olunmuş ərazilərdə döyüş növbətçiliyi aparan hərbi qulluqçularla görüşən general-mayor Q.Nəsibov qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Müdafiə Nazirliyinin rəhbərliyi adından şəxsi heyəti təbrik edib, onlara möhkəm can sağlığı, şərəfli xidmətlərində uğurlar arzulayıb.

Hərbi qulluqçulara bayram sovqatları təqdim edilib, Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ordu quruculuğuna göstərdiyi yüksək diqqət və qayğı nəticəsində hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərin sürətlə davam etdirildiyi bildirilib.

Sonda şəxsi heyətin təminatının daha da yaxşılaşdırılması, eyni zamanda təmir-tikinit işlərinin keyfiyyətli aparılması ilə bağlı Müdafiə nazirinin müvafiq tapşırıqları aidiyyəti üzrə çatdırılıb.

Paylaş:
384

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər