Daha 62 nəfər müharibə əlili yüksək texnologiyalı protezlə təmin olunub - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Daha 62 nəfər müharibə əlili yüksək texnologiyalı protezlə təmin olunub - FOTO

S.Xankişiyeva17:22 - 30 / 12 / 2021
Daha 62 nəfər müharibə əlili yüksək texnologiyalı protezlə təmin olunub - FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 44 günlük Vətən müharibəsinə qədərki dövrdə hərbi əməliyyatlarda, habelə hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar yaralanaraq əliliyi müəyyən olunmuş 62 nəfər şəxsin də yüksək texnologiyalı müasir 4-cü nəsil protezlə təminatına başlayıb.

1news.az-a Nazirlikdən verilən məlumata görə, onlar nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində həmin protezlərlə təmin edilir.

Təqdim edilən “Genium” tipli yüksək texnologiyalı protezlər aktivlik və funksionallığı ilə seçilir. Həmin protezlər istifadəçiyə köməkçi vasitələr olmadan sərbəst və inamlı hərəkətə, qeyri-bərabər səthlərdə addımlamağa, müxtəlif məkanlarda maneəsiz dönməyə, hərəkətin tam və daha dəqiq tənzimlənməsinə imkan verir.

Qeyd edək ki, Nazirlik tərəfindən eyni zamanda Vətən müharibəsi iştirakçılarının son nəsil protezlərlə təminatı prosesi davam edir.

Artıq 185 nəfər Vətən müharibəsi iştirakçısı 193 ədəd yüksək texnologiyalı müasir 4-cü nəsil protezlə təmin olunub.

Paylaş:
654

Son xəbərlər

Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49
Bütün xəbərlər