“Azərsu” bayramlarda gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

“Azərsu” bayramlarda gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

Qafar Ağayev17:41 - 30 / 12 / 2021
“Azərsu” bayramlarda gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

“Azərsu” ASC 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar qeyri-iş günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

1news.az-ın “Azərsu” ASC-yə istinadən verdiyi məlumata görə, qeyri-iş günlərində mərkəzi idarə aparatında, regional, yerli sukanal idarələri və sahələrində 24 saatlıq növbətçilik təmin olunacaq. Bu məqsədlə “Azərsu”nun sədr müavinləri, departament və şöbə rəisləri səviyyəsində növbətçilik cədvəli təsdiq olunub.

Abonentlərin diqqətinə çatdırılır ki, bayram və qeyri-iş günlərində əhalinin içməli su ilə təchizatında dayanıqlığın təmin olunması məqsədilə bütün təşkilatı və texniki tədbirlər görüləcək, qəza xidmətləri fasiləsiz fəaliyyət göstərəcək. Bayram günlərində hidrotexniki qurğularda, anbarlarda və magistral xətlərdə hər hansı planlı təmir-bərpa, qoşulma və profilaktik işlər aparılmayacaq.

“İstehlakçılardan xahiş olunur içməli su təchizatı və kanalizasiya xidmətlərində yaranacaq problemlərlə əlaqədar “Azərsu” ASC-nin 955 Zəng Mərkəzinə müraciət etsinlər”, - məlumatda deyilir.

Paylaş:
349

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər