Əllliyi olan uşaqlar Heydər Əliyev Fondunun dəstəyi ilə “Dubay Ekspo”da çıxış edib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Əllliyi olan uşaqlar Heydər Əliyev Fondunun dəstəyi ilə “Dubay Ekspo”da çıxış edib - FOTO

Qafar Ağayev15:02 - 04 / 01 / 2022
Əllliyi olan uşaqlar Heydər Əliyev Fondunun dəstəyi ilə “Dubay Ekspo”da çıxış edib - FOTO

“Dubay Ekspo 2020” ümumdünya sərgisindəki Azərbaycan pavilyonunda "DanceAbility Azerbaijan" İnklüziv Performans Şirkətinin “Bədənimin danışacaq hekayəsi var” rəqs tamaşası nümayiş etdirilib.

1news.az xəbər verir ki, tamaşa Heydər Əliyev Fondu və UNICEF-in dəstəyi ilə baş tutub.

Xatırladaq ki, Heydər Əliyev Fondu ilə BMT-nin Uşaq Fondu (UNICEF) arasında ötən ilin dekabrında Anlaşma Memorandumu imzalanıb. Memorandum 2025-ci ilin sonunadək Azərbaycanda uşaqların erkən uşaqlıq dövründə inkişafı, inklüziv təhsil, yeniyetmə və gənclərin inkişafı sahəsində müxtəlif layihələrin həyata keçirilməsini nəzərdə tutur. Bu istiqamətdə görülən işlər çərçivəsində əlilliyi olan uşaqlardan ibarət rəqs qrupunun “Dubay Ekspo”da konsert proqramı dünya sərgisinin ziyarətçiləri tərəfindən maraqla qarşılanıb.

“Dubay Ekspo 2020” dünya sərgisində Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə yaradılan milli pavilyonda mütəmadi olaraq müxtəlif sahələri əhatə edən tədbirlər və konsert proqramları keçirilir. Sərgi 2022-ci il martın 31-dək davam edəcək.

Paylaş:
512

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər