Sabirabadda aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb
Sabirabad rayonu Quruzma kənd sakini K.Məmmədov COVID-19 testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilsə də, o, qaydaları pozaraq yaşadığı ünvanı tərk edib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan 1news.az-a verilən məlumata görə, Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində koronavirus testi müsbət çıxmış şəxslərin yaşadığı ünvanı tərk edib-etməməsi yoxlanılarkən rayonun Quruzma kənd sakini K.Məmmədovun karantin qaydalarına zidd davranaraq yaşadığı ünvanı tərk etdiyi müəyyən olunub.
Həmin şəxsin qanunazidd hərəkətinin qarşısı alınıb və tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana geri qaytarılıb.
Faktla əlaqədar Sabirabad Rayon Polis Şöbəsində araşdırmalar aparılır.