Qubada əqli qüsurlu şəxsin görüntülərini çəkərək sosial şəbəkələrdə yayan şəxslər saxlanılıb
Qubada əqli qüsurlu şəxsin görüntülərini çəkərək sosial şəbəkələrdə yayan şəxslər saxlanılıb.
1news.az-ın verdiyi xəbərə görə, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.
O bildirib ki, Quba rayonunda yaşayan əqli qüsurlu şəxsin sosial şəbəkələrdə yayılan görüntüləri daxil olan vətəndaş şikayətləri əsasında araşdırılıb:
"Həmin şəxsin görüntülərini çəkərək sosial şəbəkələrdə yayan 3 nəfər müəyyən olunub. Müəyyən olunan şəxslər rayon polis şöbəsinə dəvət olunaraq, onlarla profilaktiki söhbətlər aparılıb, əməlin hüquqazidd olması onların diqqətinə çatdırılıb. Onlar bu əməllərindən səmimi peşmançılıq keçirdiklərini bildiriblər".
448