Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıb
Yanvarın 6-da polis əməkdaşları tərəfindən respublika ərazisində 2 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.
1news.az-ın verdiyi xəbərə görə, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, polis əməkdaşları COVID-19-a yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evləri tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadığı evlərə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.
450