Xırdalanda tikinti işləri zamanı təbiətə 2100 manat məbləğində ziyan dəyib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Xırdalanda tikinti işləri zamanı təbiətə 2100 manat məbləğində ziyan dəyib - FOTO

S.Xankişiyeva14:00 - 08 / 01 / 2022
Xırdalanda tikinti işləri zamanı təbiətə 2100 manat məbləğində ziyan dəyib - FOTO

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1A ünvanında "Progress-2016" MTK tərəfindən hündür mərtəbəli binanın tikintisi aparılarkən qazıntı işləri zamanı ərazidəki 5 ağacın aşdığı, 6 ağacın isə aşma təhlükəsi olduğu müəyyən edilib.

1news.az-ın verdiyi xəbərə görə, Regional Ekologiya İdarəsinin rəsmisi Fərid Piriyev bildirib ki, araşdırma zamanı təbiətə 2100 manat məbləğində ziyan dəydiyi məlum olub.

“Faktla bağlı toplanmış sənədlər hüquq-mühafizə orqanlarına təqdim olunacaq" - deyə o qeyd edib.

Paylaş:
782

Son xəbərlər

Bütün xəbərlər