Narkotikin təsiri altında avtomobil idarə edən şəxs həbs olunub - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Narkotikin təsiri altında avtomobil idarə edən şəxs həbs olunub - FOTO

S.Xankişiyeva11:51 - 08 / 01 / 2022
Narkotikin təsiri altında avtomobil idarə edən şəxs həbs olunub - FOTO

Daxili işlər Nazilriyinin Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) xüsusi taqımının əməkdaşları tərəfindən sürücülük hüququ olmadan, eləcə də narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs həbs olunub.

1news.az-a BDYPİ-dən verilən məlumata görə, yanvarın 7-də Xırdalan dairəsi adlanan ərazidə xidmət aparan DYP əməkdaşları sutkanın qaranlıq vaxtı xarici işıq cihazları söndürülmüş vəziyyətdə hərəkətdə olan “BMW” markalı, NN-635-NH qeydiyyat nişanlı avtomobil aşkar edib, sürücüyə “Saxla” işarəsi verilsə də, o, əvvəlcə göstərişə tabe olmayıb, lakin sonradan nəqliyyat vasitəsini dayandırıb.

Araşdırma zamanı avtomobili idarə edən 1983-cü il təvəllüdlü Əliyev İlqar Qəhrəman oğlunun nəqliyyat vasitəsini idarə etmək hüququnun olmadığı, eləcə də həmin avtomobilə aid 1 060 manat ödənilməyən inzibati cərimə məbləğinin mövcudluğu aşkar edilib və göstərilən səbəblərdən avtomobilin mühafizə olunan duracağa yerləşdiriləcəyi barədə sürücüyə məlumat verilib. Bu zaman polisin qanuni tələbinə qəsdən tabe olmayan İ.Əliyev müqavimət göstərərək ərazidən uzaqlaşmağa çalışıb, lakin DYP əməkdaşlarının sayıqlığı nəticəsində saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Bununla yanaşı, tibbi müayinə zamanı İ.Əliyevin avtomobili narkotik vasitənin təsiri altında idarə etdiyi məlum olub.

Toplanan materiallar Abşeron Rayon Məhkəməsinə göndərilən və müvafiq qərara əsasən İ.Əliyev bir ay müddətində inzibati həbs olunub.

Paylaş:
610

Son xəbərlər

Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31Azərbaycan-İran xüsusi təyinatlılarının “Araz – 2024” birgə taktiki təlimi keçirilirBu gün, 12:21Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12Prezident Surinamın dövlət başçısını təbrik edibBu gün, 12:09MEDİA çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 12:09İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərinə təbrik məktubu ünvanlayıbBu gün, 12:08Azər Əmiraslanov: “Gələn il sosial paket 3 milyon insanı əhatə edəcək”Bu gün, 11:58Leysan yağacaq - XƏBƏRDARLIQBu gün, 11:47Sahibə Qafarova: Bu il iqtisadiyyatın əsas sektorlarında mühüm uğurlar müşahidə edilirBu gün, 11:35ABB Bakıxanov qəsəbəsində yeni filial açdı!Bu gün, 11:27
Bütün xəbərlər