Bakıda oğurlanan 2 yaşlı uşağın atası da saxlanıldı - FOTO - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda oğurlanan 2 yaşlı uşağın atası da saxlanıldı - FOTO - VİDEO

13:47 - 10 / 01 / 2022
Bakıda oğurlanan 2 yaşlı uşağın atası da saxlanıldı - FOTO - VİDEO

Sabunçu rayonunda 2 yaşlı M.Şıxalıyevin oğurlanması ilə bağlı Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 144-cü (Adam oğurluğu) maddəsi ilə Cinayət İşi başlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 1news.az-a veriləm məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən Beyləqan rayon sakini Gültəkin Muradova təqsirləndirilən şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hadisə ilə bağlı Gültəkin Muradova ilə birlikdə qeyri-rəsmi nigahda olan Ağdam rayon sakini Şamil Əliyev, uşağın atası Elgün Nəsirov da istintaqa cəlb ediliblər. İstintaq hərəkətləri davam etdirilir.

Qeyd edək ki, 2 yaşlı uşaq və ailənin digər övladları müvafiq dövlət qurumlarının qərarı ilə sənədləşmə aparılaraq sığınacağa yerləşdirilib.

1news.az

Paylaş:
724

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər