Şirvan sakinindən külli miqdarda heroin aşkarlanaraq götürülüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Şirvan sakinindən külli miqdarda heroin aşkarlanaraq götürülüb

Qafar Ağayev14:54 - 10 / 01 / 2022
Şirvan sakinindən külli miqdarda heroin aşkarlanaraq götürülüb

Şirvan şəhəri ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərin məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyatlar davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan 1news.az-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin və Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Yadigar Məmmədov saxlanılıb.

Onun üzərinə və yaşadığı evə keçirilən baxış zamanı külli miqdarda heroin aşkarlanaraq götürülüb.

Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Paylaş:
338

Son xəbərlər

Bütün xəbərlər