7 yanvarda yanğın baş verən məktəbdə tədris ənənəvi qaydada davam edir | 1news.az | Xəbərlər
Cəmiyyət

7 yanvarda yanğın baş verən məktəbdə tədris ənənəvi qaydada davam edir

Qafar Ağayev09:21 - 10 / 01 / 2022
7 yanvarda yanğın baş verən məktəbdə tədris ənənəvi qaydada davam edir

Yanvarın 7-də yanğın baş vermiş Bakı şəhərindəki 84 nömrəli tam orta məktəbdə tədris ənənəvi qaydada davam edir.

Bu barədə 1news.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, məktəbin işıq, su və istiliklə təminatı normaldır.

Qeyd edək ki, yanvarın 7-də baş vermiş yanğın səbəbindən məktəbdə tədrisin bir günlük distant qaydada təşkili zərurəti yaranmışdı.

Paylaş:
353

Son xəbərlər

Bütün xəbərlər