Bakıda məktəbli bıçaqlandı, polis həyatını qurtardı | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda məktəbli bıçaqlandı, polis həyatını qurtardı

Qafar Ağayev11:02 - 11 / 01 / 2022
Bakıda məktəbli bıçaqlandı, polis həyatını qurtardı

Bakının Səbail rayonu ərazisində 17 və 18 yaşlı gənclər arasında bıçaqlanma ilə nəticələnən mübahisədə 17 yaşlı Cəmil Həsənov xəsarət alıb.

DİN-in Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev 1news.az-a bildirib ki, kəskin qan itirmədən vəziyyəti ağırlaşan C. Həsənova xəstəxanada polis əməkdaşları tərəfindən qan verilib, həyatı xilas edilib.

Fakt üzrə Səbail RPİ-də cinayət işi başlanıb, istintaq hərəkətləri aparılır.

C. Həsənova xəsarət yetirməkdə şübhəli bilinən 2004-cü il təvəllüdlü Nihad Fərhadov şübhəli şəxs qismində saxlanılaraq istintaqa cəlb edilib.

Paylaş:
376

Son xəbərlər

Bütün xəbərlər