Bakıda kürəkənini qətlə yetirən şəxsə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda qətl törətməkdə ittiham olunan Mehdi Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
1news.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə M.Abdullayev 10 il 6 ay azadlıqdan məhrum edilib.
M.Abdullayev Biləcəri qəsəbəsi ərazisində 1981-ci il təvəllüdlü kürəkəni Mirzəyev Taleh Vaqif oğlunu qətlə yetirməkdə təqsirləndirilir.
Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham iəli sürülüb.
1news.az
258