Fuad Muradov Devid Harrislə yəhudi icmaları ilə əməkdaşlıq imkanlarını müzakirə edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Fuad Muradov Devid Harrislə yəhudi icmaları ilə əməkdaşlıq imkanlarını müzakirə edib

Qafar Ağayev17:22 - 14 / 01 / 2022
Fuad Muradov Devid Harrislə yəhudi icmaları ilə əməkdaşlıq imkanlarını müzakirə edib

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Harrisin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Komitədən 1news.az-a bildirilib ki, Komitə sədri bugünkü görüşün ötən ilin noyabr ayında ABŞ səfəri çərçivəsində Devid Harrislə baş tutmuş səmərəli görüşün davamı olduğunu xatırladaraq Azərbaycan diasporu ilə ABŞ-dakı yəhudi icmaları arasındakı əməkdaşlığın inkişafından məmnunluğunu ifadə edib.

Daha sonra Fuad Muradov qonaqlara Azərbaycan diaspor təşkilatlarının fəaliyyəti, ABŞ-dakı yəhudi icmaları ilə əməkdaşlıq imkanları barədə ətraflı məlumat verib və bildirib ki, xarici ölkələrdə yaşayan azərbaycanlıların ana vətənləri ilə əlaqələrinin saxlanması, eləcə də möhkəmlənməsi üçün davamlı layihələr reallaşdırılır, bu layihələrin həyata keçirilməsində yəhudi diasporunun təcrübəsindən istifadə olunur.

Nümayəndə heyətinə son günlər Azərbaycan Respublikasının dövlət sərhədi boyunca Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatlar barədə də məlumat verilib.
Görüşə və təqdim olunmuş məlumata görə minnətdarlığını ifadə edən Devid Harris hər dəfə Azərbaycana gələndə yüksək tolerantlığın, bütün millətlərin dostluq və qardaşlıq münasibətləri içərisində firəvan yaşadığının bir daha şahidi olduğunu qeyd edib.
Görüşdə tərəflər, həmçinin Azərbaycan diaspor təşkilatları ilə ABŞ-dakı yəhudi icmalarının münasibətlərinin inkişafı perspektivləri, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Paylaş:
378

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər