Qusarda restoran sahibi 8 gün inzibati həbs edildi - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Qusarda restoran sahibi 8 gün inzibati həbs edildi - FOTO

Qafar Ağayev12:30 - 14 / 01 / 2022
Qusarda restoran sahibi 8 gün inzibati həbs edildi - FOTO

Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində olan şadlıq evində karantin rejim qaydalarının pozulması ilə müşahidə olan toy mərasiminin keçirilməsi müəyyən edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan 1news.az-a verilən məlumata görə obyektin sahibi Namidar Mustafayevin əvvəlcədən edilən xəbərdarlığa baxmayaraq, insanların kütləvi iştirakı ilə müşahidə edilən toy mərasimi təşkil etdiyi aşkarlanıb.

Qusar rayon məhkəməsinin qərarı ilə həmin şəxs İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq 8 gün müddətində inzibati həbs edilib

Paylaş:
395

Son xəbərlər

Bütün xəbərlər