Deputat Aqil Abbasın oğluna töhmət verilib? - DİN-dən AÇIQLAMA | 1news.az | Xəbərlər
Cəmiyyət

Deputat Aqil Abbasın oğluna töhmət verilib? - DİN-dən AÇIQLAMA

Qafar Ağayev14:55 - 17 / 01 / 2022
Deputat Aqil Abbasın oğluna töhmət verilib? - DİN-dən AÇIQLAMA

"Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Tuncay Abbasovun işində yol verdiyi nöqsanlara görə töhmət alması ilə bağlı yayılan iddialar əsassızdır".

1news.az-ın məlumatına görə, bu barədə Nazirliyin şöbə rəisi, polis mayoru Elşad Hacıyev deyib.

"Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun bu xüsusda hansısa əmri olmayıb. Polis əməkdaşları barəsində hər hansı məlumatı yayarkən dəqiqləşdirmə aparılmasını tövsiyə edirik", - E.Hacıyev deyib.

Qeyd edək ki, Tuncay Abbasov Milli Məclisin deputatı Aqil Abbasın oğludur.

Paylaş:
573

Son xəbərlər

Bütün xəbərlər