Ali Məhkəmədə yeni şöbə yaradılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ali Məhkəmədə yeni şöbə yaradılıb

S.Xankişiyeva12:31 - 18 / 01 / 2022
Ali Məhkəmədə yeni şöbə yaradılıb

“Ali Məhkəmədə aparılan struktur islahatları çərçivəsində yeni şöbə yaradılıb”.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, bunu Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, yeni strukturla bağlı əməkdaşlar da işə cəlb edilib: “Həmin şöbədə işləyən hüquqşünaslar hakimlərə qərarların ilkin variantını təqdim edəcəklər. Bu isə hakimlərə öz vəzifələri ilə məşğul olmağa imkan yaradacaq və hakimlərin fəaliyyətinin səmərəliyini qat-qat artıracaq”.

Paylaş:
369

Son xəbərlər

Bütün xəbərlər