Əsas magistralların bəzi hissələri buz bağlayıb - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Əsas magistralların bəzi hissələri buz bağlayıb - VİDEO

16:13 - 20 / 01 / 2022
Əsas magistralların bəzi hissələri buz bağlayıb - VİDEO

Azərbaycanın əsas magistrallarının bəzi hissələri buz bağlayıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, yağıntı davam edir.

Bakı - Şamaxı avtomobil yolunun 65-104 kilometrlik və yolun Qobustan rayonu ərazisindən keçən hissəsi, Giləzi - Xızı avtomobil yolunun, o cümlədən İsmayıllı-Qəbələ avtomobil yolunun bəzi hissələri buz bağlayıb.

Yolların buz bağlamış hissələrində buzlaşmaya qarşı müvafiq tədbirlər görülür, qum-duz səpilir, yolda nəqliyyat vasitələrinin normal hərəkətinin təmin olunması istiqamətində işlər davam etdirilir.

1news.az

Paylaş:
327

Son xəbərlər

Bütün xəbərlər