Bakıda körpünün buz bağlaması zəncirvari avtomobil qəzasına səbəb olub - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda körpünün buz bağlaması zəncirvari avtomobil qəzasına səbəb olub - FOTO

09:12 - 21 / 01 / 2022
Bakıda körpünün buz bağlaması zəncirvari avtomobil qəzasına səbəb olub - FOTO

Bakının Nərimanov rayonunda zəncirvarı yol qəzası baş verib.

1news.az APA-ya istinadən xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.

“Çermet” körpüsü kimi tanınan ərazidə “BMW” markalı avtomobilin sürücüsü yolun buz bağalamasına görə idarəetməni itirib. Avtomobil yol ayrıcı betona çırpılıb. Daha sonra “Opel”, “Toyota”, “Daewoo” və “Hyundai” markalı avtomobillər ard arda bir birinə çırpılıb.

Hazırda sürücülər “Çermet” körpüsü kimi tanınan ərazidə yolun buz bağlamasını nəzərə alıb eyni istiqamətdə hərəkətdə olan avtomobil sürücülərinə xəbərdarlıq edirlər.

Əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib . Polis əməkdaşları körpünün hər iki istiqamətində dayanaraq avtomobil sürücülərinə sürəti azaltmağı tövsiyyə edirlər.

Paylaş:
604

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

05 / 07 / 2025, 12:16
Bütün xəbərlər