Türkiyədə müalicə olunan hərbçilərin əlilliyi qiymətləndirilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Türkiyədə müalicə olunan hərbçilərin əlilliyi qiymətləndirilib - FOTO

S.Xankişiyeva12:39 - 24 / 01 / 2022
Türkiyədə müalicə olunan hərbçilərin əlilliyi qiymətləndirilib - FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi “YAŞAT” Fondunun dəstəyi ilə Türkiyədə müalicə olunan 25 hərbçinin əlilliyini qiymətləndirib.

Nazirlikdən 1news.az-a bildirilib ki, bu məqsədlə agentliyin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin əməkdaşlarından ibarət olmaqla komissiya yaradılıb. Komissiyanın üzvləri İstanbul, İzmit və Bursa şəhərlərində olub.

Ölkə xaricində tibb müəssisələri, yaralı hərbçilər və komissiya üzvləri arasında koordinasiyanın təmin edilməsi məqsədi ilə “YAŞAT” Fondunun əməkdaşları da onlarla birgə ezam olunub.

Qeyd olunan şəhərlərdəki tibb müəssisələrində müalicədə olan hərbçilərimizin hər biri ilə görüşülüb və əyani müayinələri aparılıb, əlillik vəziyyətləri qiymətləndirilib. Müayinələrin nəticələrinə əsasən onlara əlillik dərəcələrinin təyin edilməsi nəzərdə tutulub.

Bunun üçün aidiyyəti qurumların hərbi həkim komissiyalarına hərbçilərimizlə bağlı müvafiq şəhadətnamələri təqdim etmələri üçün müraciət olunub.

Yaxın günlərdə şəhadətnamələr təqdim edildikdən sonra e-sistem üzərindən Türkiyədə müalicə olunan hərbçilərimizə də əlillik dərəcələri və bununla bağlı sosial ödənişlərin təyinatları aparılacaq.

Paylaş:
370

Son xəbərlər

Kamaləddin Qafarov: “Kəlbəcərin azad edilməsi diplomatiyamızın böyük qələbəsi idi”Bu gün, 10:31Bakıda və Abşeron yarımadasında külək 23 metr/saniyəyəyə qədər güclənib - Faktiki havaBu gün, 10:21COP29 çərçivəsində xarici media nümayəndələri İçərişəhəri ziyarət edibBu gün, 10:12FHN: Ötən sutkada 24 yanğına çıxış olub, 2 nəfər xilas edilibBu gün, 10:08AMB ilk dəfə Xankəndidə poçt filialına bank lisenziyası veribBu gün, 09:49Dünya bazarlarında qızıl və gümüş cüzi ucuzlaşıbBu gün, 09:47Bu gündən COP29 zolaqları qüvvəsini itiribBu gün, 09:30AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:27Məktəblərdə payız tətili başa çatıbBu gün, 09:14İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edibBu gün, 09:03AYNA: Bütün marşrut avtobuslarının fəaliyyəti bərpa edilibBu gün, 09:02Bu gün Kəlbəcər Şəhəri GünüdürBu gün, 09:01Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:52COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26
Bütün xəbərlər