Hacı Zeynalabdin Tağıyevin heykəlinə zərər vuranlar həbs olundu | 1news.az | Xəbərlər
Cəmiyyət

Hacı Zeynalabdin Tağıyevin heykəlinə zərər vuranlar həbs olundu

S.Xankişiyeva14:50 - 25 / 01 / 2022
Hacı Zeynalabdin Tağıyevin heykəlinə zərər vuranlar həbs olundu

Paytaxtın Səbail rayonunda Hacı Zeynalabdin Tağıyevin heykəlinə zərər vuran şəxslər barəsində məhkəmə qərarı olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən 1news.az-a verilən məlumata görə, əməli törətməkdə təqsirləndirilən şəxslər – 1991-ci il təvəllüdlü Vüqar Tağızadə, 1996-cı il təvəllüdlü Allahverdi Məmmədli barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə 2 aylıq aylıq həbs qətimkan tədbiri seçilib.

Səbail RPİ İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221-cü (Xuliqanlıq) və 246-cı (Tarix və mədəniyyət abidələrini qəsdən məhv etmə və ya korlama) maddələri ilə istintaq hərəkətləri davam etdirilir. İstintaqın yekununda toplanmış materiallar baxılması üçün məhkəməyə göndəriləcək.

Mövzu ilə əlaqədar oxuyun:

Tağıyevin heykəlini zədələməkdə şübhəli bilinən şəxslər saxlanılıb, heykəl bərpa edilib - FOTO

Hacı Zeynəlabdin Tağıyevin heykəlinə zərər vuran şəxslərə cinayət işi açılıb - FOTO

Paylaş:
932

Son xəbərlər

Bütün xəbərlər