Azərbaycana narkotik vasitələr daha çox hansı istiqamətlərdən gətirilir? - Generaldan CAVAB | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycana narkotik vasitələr daha çox hansı istiqamətlərdən gətirilir? - Generaldan CAVAB

Qafar Ağayev11:27 - 25 / 01 / 2022
Azərbaycana narkotik vasitələr daha çox hansı istiqamətlərdən gətirilir? - Generaldan CAVAB

“2021-ci ildə aşkar edilmiş narkoqaçaqmalçılıq faktlarının analizi qanunsuz dövriyyədən götürülən narkotiklərin 99.8 %-nin cənub sərhədlərindən keçirilməklə, əsasən Astara, Biləsuvar və Naxçıvan Muxtar Respublikası DGK Şahtaxtı gömrük postu vasitəsilə ölkəmizə gətirildiyini təsdiqləyir”.

1news.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi rəisinin birinci müavini, gömrük xidməti general-mayoru Güloğlan Muradlı Lənkəranda jurnalistlər üçün təşkil edilən təlimdə deyib.

"Narkoqaçaqmalçılıq faktlarının 73%-i (40 fakt), tutulan narkotiklərin 89%-i (2 t 703 kq) cənub sərhədlərində: Cənub Ərazi Baş Gömrük idarəsinin Astara və Biləsuvar gömrük postlarında, Naxçıvan MR DGK-nin Şahtaxtı Gömrük İdarəsində, 1 fakt üzrə 10,5 %-i (320,6 kq) Şimal Ərazi Baş Gömrük İdarəsinin Samur gömrük postunda, ümumilikdə isə narkotiklərin 99,5%-dən çoxu yuxarıda sadalanan 4 gömrük orqanında qanunsuz dövriyyədən götürülüb".

General-mayor bildirib ki, narkotik vasitələr və psixotrop maddələr 20 halda Azərbaycana gətirilərkən, 31 halda tranzit yolla keçirilərkən, 4 halda ölkə ərazisində saxlanıb. “Əsas marşrutlar İrandan gəlməklə Avropaya daşınması marşrutları olub”.

Paylaş:
524

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər