Bakı-İstanbul marşrutu üzrə təxirə salınan reyslərinin sərnişinləri yola salınıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı-İstanbul marşrutu üzrə təxirə salınan reyslərinin sərnişinləri yola salınıb

S.Xankişiyeva17:15 - 26 / 01 / 2022
Bakı-İstanbul marşrutu üzrə təxirə salınan reyslərinin sərnişinləri yola salınıb

“Azərbaycan Hava Yolları” QSC-nin Bakı-İstanbul marşrutu üzrə təxirə salınmış hər 3 reysinin sərnişinləri təyinat hava limanına ən böyük geniş füzelyajlı təyyarə olan "Airbus A340" ilə yola salınıb.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə AZAL məlumat yayıb.

Məlumata görə, İstanbul-Bakı marşrutu üzrə ləğv edilmiş reyslərinin sərnişinləri də eyni təyyarə ilə Bakıya qayıdacaqlar.

Xatırladaq ki, güclü qar yağması səbəbindən İstanbul hava limanı fəaliyyətini dayandırılıb, AZAL-ın bir neçə reysi gecikib və təxirə salınıb.

Paylaş:
684

Son xəbərlər

Bütün xəbərlər