Yasamalda məktəbdən oğurluq olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Yasamalda məktəbdən oğurluq olunub

Qafar Ağayev10:34 - 26 / 01 / 2022
Yasamalda məktəbdən oğurluq olunub

Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə rayon ərazisindəki orta məktəblərdən birinin sinif otağından 2 ədəd noutbuk və printerin oğurlanması barədə məlumat daxil olub.

1news.az xəbər verir ki, Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş T.Almyaşev müəyyən edilərək saxlanılmışdır.
Araşdırma aparılır.

Paylaş:
362

Son xəbərlər

Bütün xəbərlər