AAYDA və “Azərsu” vətəndaşlara müraciət ediblər - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

AAYDA və “Azərsu” vətəndaşlara müraciət ediblər - FOTO

15:54 - 27 / 01 / 2022
AAYDA və “Azərsu” vətəndaşlara müraciət ediblər - FOTO

Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən Bakı şəhəri, Nərimanov rayonu ərazisində kompleks tədbirlər icra olunur.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin birgə məlumatında deyilir.

Məlumata görə, bu tədbirlər çərçivəsində “İnvestisiya Proqramı”na əsasən İbrahimpaşa Dadaşov küçəsində təmir işlərinə start verilib. Təmir işləri küçənin Ziya Bünyadov prospekti və Məmməd Araz küçələri arasında yerləşən 650 metrlik hissəsində aparılır.

Aparılan təmir işləri çərçivəsində hazırda küçə boyu köhnə asfalt-beton örtüyünün üst qatının frezlənərək kənara daşınması, piyada səkilərinin bərpa olunması işləri aparılır.

Bundan başqa İbrahimpaşa Dadaşov küçəsinin bir hissəsində su və kanalizasiya xətləri istismar müddətini başa vurduğu üçün rəsmi müraciət əsasında və razılaşdırılmış şəkildə “Azərsu” ASC tərəfindən ərazidə qazıntı işləri aparılır. Kommunikasiya xəttlərinin yenilənməsi gələcəkdə sözügedən küçədə örtüyün vaxtından əvvəl zədələnməsini sığortalamış olacaq.

“Təəssüflər olsun ki, sözügedən küçədə aparılan işlərlə bağlı bir vətəndaş tərəfindən həqiqətə uyğun olmayan video çəkilərək sosial şəbəkələrdə paylaşılıb. Videoda həmin şəxs guya bir tərəfdə qazıntı işlərinin aparıldığını, digər tərəfdən isə asfalt döşəmə işlərinin görüldüyünü qeyd edərək ictimaiyyətə yanlış informasiya çatdırır. Halbuki sözügüdən küçədə yolun hərəkət hissəsində asfalt döşəmə işləri aparılır.

Sözügedən video qısa müddət ərzində kütləvi informasiya nümayəndələri, sosial media platformaları istifadəçiləri tərəfindən dəqiqləşdirilmədən qərəzli surətdə təhrif olunmuş məlumat şəklində sosial şəbəkələrdə paylaşılaraq qəsdən dövlət qurumlarının fəaliyyətinə kölgə salmağa xidmət edir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və “Azərsu” Açıq Səhmdar Cəmiyyəti olaraq bir daha kütləvi informasiya nümayəndələrindən, sosial media platformaları istifadəçilərindən xahiş edirik ki, bu cür rəsmi şəkildə təsdiqini tapmayan və təhrif olunmuş məlumatları paylaşaraq cəmiyyətdə çaşqınlıq yaratmağa çalışan kimliyi və məramı bəlli olmayan şəxslərə dəstək olmayasınız”, - məlumatda qeyd olunur.

Paylaş:
455

Son xəbərlər

QDİƏT-in turizmlə bağlı iclası Azərbaycanın sədrliyi ilə baş tutub07 / 05 / 2024, 17:50Slovakiya Baş nazirinin Azərbaycana səfəri başa çatıb07 / 05 / 2024, 17:49Azərbaycanda hərracda 20 nəqliyyat vasitəsi özəlləşdirilib07 / 05 / 2024, 17:46Əli Əsədov Ankarada Anıtqəbiri ziyarət edib07 / 05 / 2024, 17:34Novruz Məmmədov vəzifəsindən azad edildi07 / 05 / 2024, 17:31Ev dustaqlığında olan vəzifəli şəxs həbs edildi07 / 05 / 2024, 17:26Bakıda qaçırdığı avtomobillə yol qəzası törətmiş yeniyetmə saxlanılıb - FOTO - VİDEO07 / 05 / 2024, 17:12Vəkillər Kollegiyasının rəhbərliyinin iştirakı ilə Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib07 / 05 / 2024, 17:09Bakıda iaşə obyektindəki hadisənin qida zəhərlənməsi ilə heç bir əlaqəsi olmayıb - AQTA-dan açıqlama - YENİLƏNİB07 / 05 / 2024, 16:45Azərbaycan Körfəz ölkələri arasında ən çox seçim edilən səyahət istiqamətidir07 / 05 / 2024, 16:42Ukraynadan Azərbaycana gətirilən 20 ton ət məhsulu yararsız çıxıb07 / 05 / 2024, 16:26İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü başa çatıb - YENİLƏNİB07 / 05 / 2024, 16:12“EFES - 2024” təliminə cəlb edilən Azərbaycan Ordusunun növbəti heyəti Türkiyəyə yola düşüb - VİDEO07 / 05 / 2024, 16:08Bolqarıstan Prezidenti Azərbaycana rəsmi səfərə gəlib07 / 05 / 2024, 16:04Sumqayıtda təhsil müəssisəsində 250 min manatdan artıq pul vəsaiti mənimsənilib07 / 05 / 2024, 15:59İlham Əliyev və Baş nazir Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB07 / 05 / 2024, 15:47Bakıdan Rusiya sərhədinə gedən magistral yolda piyada keçidi inşa edilib07 / 05 / 2024, 15:38Azərbaycan Prezidentinin adından Slovakiya Baş nazirinin şərəfinə rəsmi nahar verilib07 / 05 / 2024, 15:26Dənizdə dalğanın hündürlüyü 4.4 metrə çatıb - Faktiki hava07 / 05 / 2024, 15:19Moody’s Beynəlxalq Reytinq Agentliyi Kapital Bank-ın reytinq qiymətləndirməsini açıqlayıb07 / 05 / 2024, 14:59
Bütün xəbərlər