Aslan İsmayılov tənqid etdi, Dövlət Agentliyi cavab verdi – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Aslan İsmayılov tənqid etdi, Dövlət Agentliyi cavab verdi – VİDEO

10:27 - 27 / 01 / 2022
Aslan İsmayılov tənqid etdi, Dövlət Agentliyi cavab verdi – VİDEO

Tanınmış hüquqşünas Aslan İsmayılovun “Büdcə pulunu, yəni xalqın pulunu belə dağıdırlar” başlığı ilə paylaşdığı video sosial şəbəkələrdə müzakirə obyektinə çevrilib.

Videodan görünür ki, yolun bir tərəfində “Azərsu” ASC tərəfindən su borularının təmir edilməsi üçün qazıntı işləri aparılır, digər tərəfdə isə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin işçiləri yolda təmir işləri aparırlar.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi dərhal sözügedən videoya münasibət bildirərək A.İsmayılovu məsələni araşdırmadan, dəqiqləşdirmədən insanlara yanlış məlumat verməkdə ittiham edib:

“Çox hörmətli Aslan İsmayilov! Nəyisə, hardasa görüb özünüzə auditoriya qazanmaq üçün tez onu bildi-bilmədi paylaşıb hansısa qurumu tənqid etməmişdən öncə məsləhət görərdik ki, heç olmasa başı bu işdən çıxanla məsləhət edəsiniz. Çünki bir küçədə təmir işlərinə başlanılıb, iki qurum əlaqəli şəkildə çalışır. Küçəyə asfalt vurulmur, köhnə asfaltın üst qatı frezlənərək kənara daşınır ki, qazıntı işləri və digər zəruri təmir-bərpa işləri həyata keçirilsin.

Siz isə bilərəkdənmi, ya bilməyərəkdənmi iki qurumu büdcənin, xalqın pulunu dağıtmaqda təqsirləndirərək dövlət orqanlarının fəaliyyətinə kölgə salmaq məqsədilə qərəzli surətdə təhrif olunmuş məlumat yayırsınız, cəmiyyətdə qəsdən yanlış fikir formalaşdırırsınız. Zənnimizcə bir hüquqşünas olaraq etdiyinizin qanunvericiliyə uyğun hansı məsuliyyət yaratdığını bilməmiş olmazsınız”.

Məsələyə münasiət bildirən şəxslər isə hər iki qurumu kəskin şəkildə tənqid ediblər.

Həmin videonu təqdim edirik:

1news.az

Paylaş:
385

Son xəbərlər

Bütün xəbərlər