“Buta Airways” mayda Xarkova uçuşlara başlayır, Kiyevə uçuşların sayını isə artırır | 1news.az | Xəbərlər
Cəmiyyət

“Buta Airways” mayda Xarkova uçuşlara başlayır, Kiyevə uçuşların sayını isə artırır

13:16 - 28 / 01 / 2022
“Buta Airways” mayda Xarkova uçuşlara başlayır, Kiyevə uçuşların sayını isə artırır

Azərbaycanın aşağıbüdcəli aviadaşıyıcısı "Buta Airways" may ayında Ukraynanın daha bir şəhərinə uçuşların yerinə yetirilməsini bərpa edir. Aviadaşıyıcı Xarkov şəhərinə xüsusi uçuşlar həyata keçirəcək.

“Buta Airways” aviaşirkətinin mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, uçuşlar mayın 20-də Heydər Əliyev Beynəlxalq Aeroportundan Xarkov istiqamətinə bərpa olunacaq və həftədə iki dəfə - çərşənbə axşamı və cümə günləri yerinə yetiriləcək.

Həmçinin, mayın 1-dən aviadaşıyıcı Bakı-Kiyev-Bakı marşrutu üzrə uçuşların sayını artıracaq. Həftədə iki reysə (bazar ertəsi və cümə axşamı) daha bir reys - şənbə günləri- əlavə olunur.

Həmin uçuşlara biletləri butaairways.az rəsmi saytından (“Büdcə”, “Standart” və “Super” tarifləri üzrə), həmçinin aviaşirkətin akkreditə olunmuş agentliklərindən (yalnız "Super" tarifi üzrə) əldə edə bilərsiniz.

Biletlərin dəyəri 29 avrodan başlayır.

Pandemiya dövründə qeyd edilən reyslərə həm gediş, həm gəliş zamanı Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalında xidmət göstərilir.

Daşımaya yalnız mövcud epidemioloji məhdudiyyətlər şəraitində uçuş icazəsi olan sərnişinlər kateqoriyası qəbul olunacaq.

Ukraynaya səfər etməyi planlaşdıran bütün sərnişinlərə uçuşdan əvvəl bu ölkə ərazisinə giriş zamanı tətbiq olunan qayda və məhdudiyyətlərlə tanış olmaları tövsiyə olunur. Müvafiq məlumat aviaşirkətin saytında dərc olunmuşdur: https://www.butaairways.az/az/covid/ukraine.

Azərbaycana giriş qaydaları haqqında məlumatla burada tanış olmaq mümkündür: https://www.butaairways.az/az/covid/azerbaijan. Ukraynanın şəhərlərindən Azərbaycana uçuş zamanı COVİD-19 testindən keçmək zəruridir.

PCR-testin mənfi nəticəsi barədə arayışda onun həqiqiliyini təsdiq edən QR-kodun olması tövsiyə edilir. Belə kodun mövcudluğu hava limanında rəsmiyyət prosedurlarından daha sürətli keçməyə kömək edəcəkdir. COVID-19 testinin nəticəsi uçuşdan əvvəl 72 saat ərzində etibarlı olmalıdır.

1news.az

Paylaş:
187

Son xəbərlər

“TEKNOFEST Azərbaycan”da iştirak etmək istəyənlərin NƏZƏRİNƏ: Əlavə biletlər aktiv edildiBu gün, 00:08Prezident İlham Əliyevə Müstəqillik Günü münasibətilə təbrik məktubları gəlməkdə davam edir28 / 05 / 2022, 18:01Ərdoğan: Can Azərbaycanın Müstəqillik Günündə sizinlə bərabər olmaqdan böyük məmnunluq duyuram28 / 05 / 2022, 17:38Azərbaycan və Türkiyə prezidentləri “TEKNOFEST Azərbaycan” festivalına qatılıblar - FOTO - YENİLƏNİB28 / 05 / 2022, 17:30Laçında əsgərin ölümü ilə bağlı cinayət işi başlanılıb28 / 05 / 2022, 17:21Peyvənd olunanların sayı açıqlanıb28 / 05 / 2022, 17:01Azərbaycan və Türkiyə Prezidentlərinə “TEKNOFEST Azərbaycan”ın xatirə hədiyyəsi təqdim olunub28 / 05 / 2022, 16:53Bu gün 11 nəfər koronavirusa yoluxub – STATİSTİKA28 / 05 / 2022, 16:47XİN: Ermənistan anlamalıdır ki, onilliklər öncəki davranışı həyata keçirmək cəhdləri xülyadan başqa bir şey deyil28 / 05 / 2022, 16:34İlham Əliyev: Əziz Sancar, Selçuk Bayraktar kimi insanlar gənclər üçün örnəkdir28 / 05 / 2022, 16:29“TEKNOFEST-Azərbaycan” Türkiyə-Azərbaycan birliyinin növbəti nümayişidir - Prezident28 / 05 / 2022, 16:23İlham Əliyev: Türkiyə-Azərbaycan qardaşlığı və birliyi xalqlarımız üçün əsas yol istiqamətidir28 / 05 / 2022, 16:19“Böyük Qayıdış” Gənclər Təşkilatı Müstəqillik Günü ilə əlaqədar silsilə tədbirlər həyata keçirib – FOTO28 / 05 / 2022, 16:15Prezident: Müstəqillik Günündə Prezident Rəcəb Tayyib Ərdoğanın bizimlə bərabər olması bizim üçün ikiqat bayramdır28 / 05 / 2022, 16:03Qazimiz Müstəqillik Günündə qızıl medal qazanıb - FOTO28 / 05 / 2022, 15:44Ermənistan mətbuatında yayılan məlumat dezinformasiyadır - MN28 / 05 / 2022, 15:29İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidəni ziyarət edib - FOTO - YENİLƏNİB28 / 05 / 2022, 15:00Ərdoğan Azərbaycana işgüzar səfərə gəlib - FOTO28 / 05 / 2022, 14:54Zəngilan Beynəlxalq Hava Limanında işlər avqustda tamamlanacaq - FOTO28 / 05 / 2022, 14:48Əfv sərəncamının icrası başa çatıb28 / 05 / 2022, 14:33
Bütün xəbərlər

Next TV