Baş Prokurorluq: Məktəb direktorunun səs yazısı ilə bağlı fakt araşdırılır
Ağstafa rayonunun Aşağı Kəsəmən kənd tam orta məktəbinin direktoru Mətanət Məmmədovanın sosial şəbəkələrdə yayılan səs yazısı ilə bağlı fakt rayon prokurorluğunda araşdırılmağa başlanılıb.
1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.
Məlumat verilib ki, qeyd edilən faktla bağlı hazırda araşdırma aparılır.
Xatırladaq ki, sosial şəbəkələrdə M.Məmmədovanın səs yazısı yayılıb. O, rəhbərlik etdiyi təhsil müəssisəsində işləyən müəllimdən əlavə dərs saatları müqabilində pul istəyir. Müəllim isə imkanının olmadığını söyləyir.
Mövzu ilə əlaqədar oxuyun:
Məktəb direktorunun səs yazısı yayıldı: “Başına oyun açacağam” - VİDEO
627