Qarabağda astronomik stansiya qurulacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Qarabağda astronomik stansiya qurulacaq

15:38 - 28 / 01 / 2022
Qarabağda astronomik stansiya qurulacaq

Qarabağ zonasında yeni astronomik stansiya qurulacaq.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə AMEA Şanaxı Astorfizika Rəsədxanasının icraçı direktoru, professor Nəriman İsmayılov deyib. O bildirib ki, orada müasir robot teleskopların yerləşdirilməsi, onların Rəsədxanadan idarə olunması, Rəsədxana ərazisində yerin kosmosdan peyk müşahidələri vasitəsilə öyrənilməsi üçün mərkəzi kosmik poliqonun yaradılması kimi məsələlər AMEA rəhbərliyi tərəfindən dəstəklənib: "Bu işlərin həyata keçirilməsi Şamaxı Astrofizika Rəsədxanasının uzaq və yaxın kosmosun tədqiqi üzrə beynəlxalq elmi mərkəzə çevrilməsində çox vacib addım olacaq".

1news.az

Paylaş:
408

Son xəbərlər

Bütün xəbərlər