Salyanda elektriki cərəyan vurdu | 1news.az | Xəbərlər
Cəmiyyət

Salyanda elektriki cərəyan vurdu

Qafar Ağayev09:11 - 28 / 01 / 2022
Salyanda elektriki cərəyan vurdu

Yanvarın 27-i saat 13 radələrində Salyan rayon sakini, 1987-ci il təvəllüdlü Namus Miriyevin elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Salyan rayon prokurorluğundan 1news.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, “Azərişıq” ASC-nin Şirvan Regional Enerji Təchizatı və Satışı İdarəsinin Salyan elektrik şəbəkəsinin Qaraçala şəbəkə sahəsində elektrik işləyən Namus Miriyev rayonun 1-ci Varlı kəndində elektrik naqilini təmir edərkən elektrik cərəyanı vurması nəticəsində ölüb.

Hazırda faktla bağlı Salyan rayon prokurorluğunda araşdırma aparılır.

Paylaş:
521

Son xəbərlər

Bütün xəbərlər