Ötən gün 20 nəfər toya buraxılmadı | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən gün 20 nəfər toya buraxılmadı

Qafar Ağayev09:16 - 28 / 01 / 2022
Ötən gün 20 nəfər toya buraxılmadı

Yanvarın 27-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 81 toy şənliyinin monitorinqini həyata keçirib.

DİN mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, monitorinq 79 şadlıq sarayında, 2 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:
- 2 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;
- 1 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə inzibati qaydada həbs edilib;
- 20 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Paylaş:
373

Son xəbərlər

Bütün xəbərlər