COVID-19 xəstələri ilə işin təşkili mövzusunda vebinar keçirilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

COVID-19 xəstələri ilə işin təşkili mövzusunda vebinar keçirilib - FOTO

12:46 - 28 / 01 / 2022
COVID-19 xəstələri ilə işin təşkili mövzusunda vebinar keçirilib - FOTO

28 yanvar 2022-ci il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi Elmi-Təcrübi və Tədris Mərkəzi və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı ilə "COVID-19 xəstələri ilə işin təşkili: Orta tibb personalının diqqət etməli olduğu vacib məqamlar" mövzusunda vebinar həyata keçirilib.

1news.az xəbər verir ki, açılış nitqi ilə çıxış edən Mərkəzi Gömrük Hospitalının rəisi, tibb xidməti polkovniki Elman Məmmədov vebinar iştirakçılarını salamlayaraq mövzunun aktualllığı ilə bağlı fikirlərini bölüşüb. O, COVID-19 xəstələrinə keyfiyyətli tibbi xidmətlərin göstərilməsində həkimlərlə yanaşı orta tibb personalının da rolunun vacibliyini vurğulayıb və tibb bacılarının bilik və bacarıqlarının təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərin mühüm əhəmiyyətə malik olduğunu qeyd edib. Tibb bacılarının xəstəliyin ağırlıq dərəcəsini qiymətləndirə bilmədən, yanaşı xəstəliklərini nəzərə almadan əsassız yerə göstəriş olmayan müxtəlif preparatları xəstələrə tövsiyə etməsinin yolverilməz olduğunu vurğulayan E.Məmmədov çıxışının sonunda vebinar iştirakçılarını aktiv olmağa, vebinardan maksimum faydalanmağa dəvət edib və vebinarın işini açıq elan edib.

200-dən çox tibb bacısının onlayn olaraq dinləyici qismində iştirak etdiyi Vebinarın elmi hissəsi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, əməkdar həkim, ürək-damar cərrahı, t.e.d Rəşad Mahmudovun moderatorluğu ilə davam edib.

Mərkəzi Gömrük Hospitalın rəsmi facebook səhifəsi üzərindən də canlı yayımlanan Vebinarda Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi Sanitar Karantin Xidmətinin əməkdaşı Natiq Zülfüqarov, Mərkəzi Gömrük Hospitalının infeksionisti Mədinə Abdullayeva, Mərkəzi Gömrük Hospitalının həkim-metodisti, İnfeksiya Nəzarət Komissiyasının sədri Səttar Yaqubov və Mərkəzi Gömrük Hospitalının baş tibb bacısı, İnfeksiya Nəzarət Komissiyasının üzvü Gülyaz Fərəcova geniş təqdimatla çıxış edərək dinləyicilərin suallarını cavablandırıblar.

Qeyd edək ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi Elmi-Təcrübi və Tədris Mərkəzi və Mərkəzi Gömrük Hospitalı tərəfindən orta tibb personalı üçün silsilə şəklində davamlı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

Paylaş:
314

Son xəbərlər

Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb19 / 04 / 2024, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO19 / 04 / 2024, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEO19 / 04 / 2024, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcək19 / 04 / 2024, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıb19 / 04 / 2024, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜAT19 / 04 / 2024, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcək19 / 04 / 2024, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb19 / 04 / 2024, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVA19 / 04 / 2024, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklər19 / 04 / 2024, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTO19 / 04 / 2024, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİB19 / 04 / 2024, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıb19 / 04 / 2024, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcək19 / 04 / 2024, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub19 / 04 / 2024, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edib19 / 04 / 2024, 15:45
Bütün xəbərlər