Snayperlərin hazırlıq kursu davam edir - FOTO - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Snayperlərin hazırlıq kursu davam edir - FOTO - VİDEO

Qafar Ağayev14:33 - 02 / 02 / 2022
Snayperlərin hazırlıq kursu davam edir - FOTO - VİDEO

Cari ilin döyüş hazırlığı planına əsasən Quru Qoşunlarında “Snayper hazırlığı” kursu davam edir.

1news.az xəbər verir ki, kurs müddətində snayper tüfənglərinin taktiki-texniki xüsusiyyətlərini mənimsəməklə yanaşı, hərbi qulluqçuların atəş və fiziki hazırlıqlarına da xüsusi diqqət yetirilir.
Praktiki məşğələlər zamanı snayperlər istənilən hava şəraitində, fərdi və cütlük şəklində hərəkət edərək müxtəlif məsafələrdə yerləşən hədəflərə atəş açma tapşırıqlarını yerinə yetirirlər.
Bundan əlavə, atəş mövqeyinin seçilərək hazırlanması, təlim-döyüş tapşırığının yerinə yetirilməsi üçün təyin olunan obyektlərə gizli yaxınlaşma, əlverişsiz vəziyyətlərdən atəş açma, aşkar edildikdə mövqeni tərk etmə və digər vərdişlər təkmilləşdirilir.

Paylaş:
428

Son xəbərlər

Bütün xəbərlər