Fevralın 3-nə olan vaksinasiya statistikası açıqlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Fevralın 3-nə olan vaksinasiya statistikası açıqlandı

Qafar Ağayev15:41 - 03 / 02 / 2022
Fevralın 3-nə olan vaksinasiya statistikası açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 38436 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3080, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1921, buster doza üzrə vaksinasiya olunanların sayı isə 33435 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 12114431, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5239838, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4746927, buster doza üzrə vaksinasiya olunanların sayı isə 2127666 təşkil edir.

Paylaş:
383

Son xəbərlər

Bütün xəbərlər