“Suraxanı” gəmi-muzeyi 4-6 fevral tarixlərində fəaliyyət göstərməyəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

“Suraxanı” gəmi-muzeyi 4-6 fevral tarixlərində fəaliyyət göstərməyəcək

Qafar Ağayev16:53 - 03 / 02 / 2022
“Suraxanı” gəmi-muzeyi 4-6 fevral tarixlərində fəaliyyət göstərməyəcək

ASCO-nun “Suraxanı” gəmi-muzeyi texniki işlərin görülməsi ilə əlaqədar 4-6 fevral tarixlərində fəaliyyət göstərməyəcək. 7-8 fevral tarixləri isə (bazar ertəsi, çərşənbə axşamı) muzey üçün qeyri-iş günü sayıldığından muzeyin fəaliyyəti 9 fevraldan ənənəvi qrafikə uyğun bərpa olunacaq.

ASCO-dan 1news.az-a verilən məlumata görə, öncədən online qaydada alınmış biletlərdən ziyarətçilərimiz 9 fevraldan sonra da istifadə edə biləcəklər.

"Texniki profilaktika işləri “Suraxanı” gəmi-muzeyinin restoranına aid deyil. Restoran xidmətlərindən qeyd edilən günlərdə də istifadə edə bilərsiniz. Anlayışınıza görə hər birinizə təşəkkürümüzü bildiririk" - deyə, ASCO-dan bildirilib.

Paylaş:
507

Son xəbərlər

Bütün xəbərlər