Şənbə gününün hava proqnozu açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Şənbə gününün hava proqnozu açıqlanıb

13:01 - 04 / 02 / 2022
Şənbə gününün hava proqnozu açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti fevral ayının 5-nə olan hava proqnozunu açıqlayıb.

Departamentdən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 2-4° isti, gündüz 5-7° isti olacaq. Bakıda gecə 2-4° isti, gündüz 5-7° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 753 mm civə sütununda 763 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5° isti, gündüz 7-11° isti, dağlarda 2-6° şaxta, gündüz 0-2° şaxta olacaq.

1news.az

Paylaş:
506

Son xəbərlər

Bütün xəbərlər