Sabirabadda koronavirus xəstəsi yaşadığı evi tərk edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabirabadda koronavirus xəstəsi yaşadığı evi tərk edib

S.Xankişiyeva17:22 - 05 / 02 / 2022
Sabirabadda koronavirus xəstəsi yaşadığı evi tərk edib

Sabirabad rayon sakini F.Bəşirova COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib. Lakin adı çəkilən şəxs təyin edilən qaydalara baxmayaraq, yaşayış yerini tərk edib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan 1news.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən qaydaları pozan şəxsin qanunazidd hərəkətinin qarşısı dərhal alınaraq, müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılıb.

Həmin şəxsin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün RPŞ-də araşdırmalar aparılır.

Paylaş:
678

Son xəbərlər

Bütün xəbərlər