Sabah bu yollarda görünüş məsafəsi məhdudlaşacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabah bu yollarda görünüş məsafəsi məhdudlaşacaq

Qafar Ağayev14:03 - 07 / 02 / 2022
Sabah bu yollarda görünüş məsafəsi məhdudlaşacaq

Fevralın 8-nə avtomobil yollarında vəziyyət açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən 1news.az-a bildirilib ki, fevralın 8-də gecə və səhər saatlarında Bakı-Quba, Bakı-Şamaxı-Yevlax, Bakı-Ələt-Qazax, Quba-Xaçmaz, Quba-Qusar, Masallı-Yardımlı, Lənkəran-Lerik, Ucar-Zərdab-Ağcabədi, Bərdə-İstisu, Ağsu-Kürdəmir-Bəhramtəpə, Xankəndi-Xocavənd, Göyçay-Ucar, Hacıqabul-Şirvan, Xaldan-Mingəçevir, Gəncə-Kəlbəcər-Laçın, Şuşa-Füzuli magistral avtomobil yollarının bəzi hissələrində duman ilə əlaqədar olaraq görünüş məsafəsi 300-800 m-dək məhdudlaşacaq.

Gecə və səhər yüksək dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var.

Paylaş:
337

Son xəbərlər

Sabahın hava proqnozu

20 / 05 / 2025, 12:47
Bütün xəbərlər