BNA-nın dayanma-durma ilə bağlı cərimə yazmaq səlahiyyəti alındı? | 1news.az | Xəbərlər
Cəmiyyət

BNA-nın dayanma-durma ilə bağlı cərimə yazmaq səlahiyyəti alındı?

Qafar Ağayev16:28 - 07 / 02 / 2022
BNA-nın dayanma-durma ilə bağlı cərimə yazmaq səlahiyyəti alındı?

Bakı Nəqliyyat Agentliyinin "Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti Daxili İşlər Nazirlyinin tabeliyinə verilib.

1news.az Avtosfer.az-a istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı "Bakı şəhərinin inzibati ərazisində nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" fərmanında öz əksini tapıb.

Fərmanda qeyd edilib ki, Agentliyin balansında olan və “Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi”nin funksiyalarının təmin edilməsi üçün zəruri olan dövlət əmlakının və maddi-texniki bazanın Daxili İşlər Nazirliyinin balansına verilməsini bir ay müddətində təmin edilməlidir.

Qeyd edək ki, BNA dayanma-durma ilə bağlı cərimələri kamera vasitəsilə yazan zaman NİİM tabeliyində olan sistemdən istifadə edirdi. Artıq bu istemin Daxili İşlər Nazirliyinə verildiyini nəzərə alsaq parklanma ilə cərimələri də yol polisi yazacaq.

Amma BNA əməkdaşlarının planşet işə cərimə yazmaq səlahiyyətləri qalır.

Paylaş:
958

Son xəbərlər

Bütün xəbərlər