“ASAN xidmət”ə 50 milyonuncu müraciət qeydə alınıb | 1news.az | Xəbərlər
Cəmiyyət

“ASAN xidmət”ə 50 milyonuncu müraciət qeydə alınıb

Qafar Ağayev13:18 - 08 / 02 / 2022
“ASAN xidmət”ə 50 milyonuncu müraciət qeydə alınıb

“ASAN xidmət”ə 50 milyonuncu vətəndaş müraciətinin qeydə alınması ilə bağlı tədbir keçirilib.

Xidmətdən 1news.az-a verilən xəbərə görə, bu müraciət 6 saylı Bakı "ASAN xidmət" mərkəzinə Turan Haşımov tərəfindən edilib. O, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilən şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi xidmətindən yararlanıb.

Bu münasibətlə təşkil olunan tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Aparat rəhbəri Fuad Qarayev iştirak edib. Turan Haşımova hədiyyə və təşəkkürnamə təqdim olunub.

Turandan onun maraq dairəsi ilə bağlı soruşulub və idmana, xüsusilə futbola olan istəyi nəzərə alınaraq “ASAN xidmət” tərəfindən "Qarabağ" futbol klubunun üzvləri də tədbirə dəvət ediliblər. Baş məşqçi Qurban Qurbanov və komandanın üzvləri tərəfindən 50 milyonuncu müraciətin sahibi kimi Turana klubun forması və top hədiyyə olunub.

Paylaş:
644

Son xəbərlər

Sabahın hava proqnozu

20 / 05 / 2025, 12:47
Bütün xəbərlər